02:40 06 Dekabr 2019 77
Ana səhifə Xəbərlər

Prezident Şamaxıda ASAN Həyat kompleksinin açılşını edib

Prezident İlham Əliyev dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

APA TV-nin məlumatına görə, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə məlumat verib. Sifarişçisi Dövlət Agentliyi, podratçısı isə “Kristal Abşeron” olan kompleksin tikintisinə 2018-ci ilin iyun ayında başlanıb.
Kompleks Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşa xidmət göstərəcək. “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək. Qeyd edək ki, bu günədək ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 35 milyona yaxındır. 2019-cu ilin 9 ayı ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edib.

Kompleksin əməkdaşları ilə görüşən Prezident İlham Əliyev bu xidmətin ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə səbəb olduğunu qeyd edib. Dövlət başçısı Şamaxıda açılan mərkəzin sayca 16-cı olduğunu deyərək, mərkəzi intelektual məhsulumuz kimi səciyələndirib. Bildirib ki, “Asan xidmət” bir çox beynəlxalq mükafatlara layiq görülüb və bu xidmətdə çalışanların əksəriyyətini gənclər təşkil edir.

Şamaxını qədim tarixi diyarımız adlandıran Prezident İlham Əliyev bildirib ki, bu gün rayonun tarixi siması qorunmaqla yanaşı müasirləşdirilir. Şamaxıda sosial məsələlərin həlli istiqamətində görülən işlərdən danışan dövlət başçısı bu işlərin bundan sonra da davam etdiriləcəyini deyib.

“ASAN Həyat” kompleksinin əməkdaşları Prezident İlham Əliyevə burada yaradılan şəraitə və gənclər göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın