Prezident Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirini qəbul edib
Prezident İlham Əliyev dekabrın 3-də Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, türkiyəli nazir ölkəsinin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev buna görə minnətdarlığını bildirib, onun da salamlarını türkiyəli həmkarına çatdırmağı xahiş edib.