16:53 06 Dekabr 2019 192
Ana səhifə Xəbərlər

Prezident və birinci xanım aksiyaya qoşuldu - ŞAMAXIDA

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

APA TV-nin məlumatına görə, Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev aksiya barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 83 şəhər və rayonda 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur. Ağacların hamısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tinglik təsərrüfatlarında yetişdirilib. Aksiya ilə əlaqədar nazirlik ağacların əkiləcəyi ərazilərin elektron xəritəsini hazırlayıb. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən ərazilərdə müvafiq hazırlıq işləri görülüb. Əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemindən və suvarma kanallarından istifadə olunacaq.

Qeyd edilib ki, aksiya çərçivəsində Şamaxı rayonunda 50 minədək ağacın əkilməsi nəzərdə tutulub. Şamaxı şəhərinin girişindəki ərazidə 5 min ağac əkilib. Ərazinin relyefinə uyğun olaraq şəhərin girişində əsasən tuya və Eldar şamı tingləri basdırılıb. Ağaclar "Nəsimi 650" yazısını formalaşdırılacaq. Aksiyada 300-dək şamaxılı gənc və könüllü ilə yanaşı, IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin üzvləri də fəal iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağac əkib.

Sonda dövlət başçısı və xanımı gənclərlə xatirə şəkilləri çəkdirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın