17:47 04 Dekabr 2020 195
Ana səhifə Xəbərlər

Prezident və birinci xanım şəhidlərimizin xatirəsini yad edib

Dekabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

APA TV xəbər verir ki, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydular.

Azərbaycanın dövlət himni səsləndirildi.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsinin qəhrəman şəhidlərinin əziz xatirəsi ölkəmizin hər yerində, məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiram hissi ilə yad edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın