01:20 05 Dekabr 2019 176
Ana səhifə Xəbərlər

Prezident zəlzələdən sonra inşa edilən mənzillərdəki şəraitlə maraqlanıb – ŞAMAXIDA

Dekabrın 5-də Prezident İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

APA TV-nin məlumatına görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına görülən işlər barədə məlumat verib. Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb. Dövlət başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edib. Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın