13:52 17 Oktyabr 2020 141
Ana səhifə Xəbərlər

Prokurorluq: Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində 2 azyaşlı itkin düşüb

Ermənilərin ötən gecə Gəncəni raket atəşinə tutması nəticəsində 2 azyaşlı itkin düşüb.

Bu barədə APA TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, düşmənin xain təxribatı nəticəsində 13 dinc sakin həlak olub, 48 nəfəri yaralanıb.

Həlak olanların 3-ü azyaşlı, 4-ü qadın, 6-sı kişidir.

Yaralananların 5-i azyaşlı, 20-si qadın, 23-ü kişidir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın