12:40 15 Yanvar 2020 225
Ana səhifə Xəbərlər

Putin Mixail Mişustini baş nazir vəzifəsinə namizədliyini təqdim edib

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustininbnazir vəzifəsinə namizədliyini təqdim edib.

APA Tvxəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Prezident Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və onu baş nazir vəzifəsinə dəvət edib. Razılığını alan Putin, Mişustinin baş nazir kimi namizədliyini Dövlət Dumasının müzakirəsinə təqdim edib”, - deyə mətbuat xidməti bildirib.

Mişustin Rusiya Federasiyasının Federal Vergi Xidmətinə 2010-cu ilin aprel ayından rəhbərlik edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın