07:20 14 Fevral 2020 206
Ana səhifə Xəbərlər

Qadına qarşı soyğunçuluq etdiyinə görə tutuldu, digər cinayətləri də üzə çıxdı

Səbaildə qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Sabunçu rayon sakini Bəhruz Muradov tutulub.

Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitələr olan heroin və marixuana da aşkar edilib.

Qeyd edək ki, hadisə zamanı Bəhruz Muradov zərərçəkən qadının bankomatdan pul çıxardığını gördüyü üçün onu izləyib və içərisində 300 manatdan çox pul olan çantanı ələ keçirib.

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə əməliyyat zamanı onun Bayıl qəsəbəsi ərazisində avtomobildən içərisində 2000 manat olan çantanı və daha bir mənzildən iki ədəd mobil telefon oğurladığı da məlum olub.

Saxlanılan şəxs ifadəsində həmçinin bir müddət paytaxtın müxtəlif yerlərində avtodayanacaqlarda işlədiyini, bu zaman nəqliyyat vasitələrini saxlayan sürücülərin ona xırdalamaq üçün verdiyi pulları da ələ keçirdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın