00:00 20 Sentyabr 2019 62
Ana səhifə Xəbərlər

Qadınla əlbir olub qoyun oğurladı - POLİS ƏMƏLİYYATI

Masallı polisi qoyun oğurluğunda şübhəli bilinən şəxsi saxlayıb.

APA TV-nin cənub bürosunun məlumatına görə, Masallı rayonunun Kürdəbaz kənd sakini Əkrəm Səmədov həyətindəki tövlədən 1500 manat dəyərində 6 baş qoyunun oğurlanması ilə bağlı polisə müraciət edib.

Polisin əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını Cəlilabad rayonunun Xəlilabad kənd sakini, Mətləb Məstiyevin Masallı rayonunun Çaxırlı kənd sakini Firuzə Abdullayeva ilə birlikdə törətdiyi məlum olub. Bundan başqa aparılan araşdırmalarla həmin şəxslərin daha bir oğurluqda iştirakı olduğu müəyyən edilib. “Cəlilabad rayonunun Xəlilabad kənd sakini, Mətləb Qağa oğlu Məstiyev Masallı rayonunun Çaxırlı kənd sakini Firuzə Xudakərim qızı Abdullayeva ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 1 sentyabr 2019-cu il tarixdə Masallı rayonunun Alışanlı kənd sakini Əliyev
Xudakərim Məmmədhüseyn oğluna məxsus 1500 manat dəyərində 6 baş qoyunu fərdi yaşayış evinin həyətində yerləşən tövlədən oğurlayıblar”.


Saxlanılan, əvvəllər məhkum olunmuş Mətləb Məstiyev törətdiyi əməlləri etiraf edib və oğurladığı qoyunları Cəlilabad bazarında satdığını bildirib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın