18:19 16 Sentyabr 2020 377
Ana səhifə Xəbərlər

“Qalatasaray” klubu Bakıya gəldi – SABAH “NEFTÇİ” İLƏ OYNAYACAQ

Həsrətli baxışlar, həyəcanlı anlar və qürurverici hisslər. Heydər Əliyev adına Beynəlxalq Hava Limanına toplaşan azarkeşlər bu hislərlə tərəfkeşlik etdiyi futbol komandasını gözləyirlər.

APA TV xəbər verir ki, Azərbaycanın müstəqillik qazandığı dövrdən bəri ilk dəfədir ki, Bakıya qədəm qoyan “Qalatasaray” klubunun futbolçuları bir neçə dəqiqədən sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək.

Nəhayət gözlənilən an yetişdi... Avropa liqasının ikinci təsnifat mərhələsində doğma “Neftçi”nin qonağı olacaq klub heyəti artıq Bakıdadır. Qapılar açılır və...

Bəli bir müddətdir ki, gözlənilən an yetişdi. Neftçinin rəqibi olacaq Türkiyə nəhəngi “Qalatasaray” bu gün Bakıya təşrif buyurdu. Oyun sabah saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Çarter reysi ilə ölkəmizə gələn “sarı-qırmızılılar”ın tərkibində məşqçilər korpusu və nümayəndə heyəti ilə yanaşı, 20 futbolçu yer alıb. Bunlar Şener Özbayraklı, Omar Elabdellaui, Taylan Antalyalı, Rayan Babel, Radamel Falkao, Yunes Belhanda, Martin Linnes, Rayan Donk, Ömər Bayram, Cimmi Durmaz, Kristian Luyindama, Okan Koçuk, Marselo Sarakki, Markao Teyşeyra, Əmrə Kılınç, Arda Turan, Yesse Sekidika, Sofian Fequli, Mbaye Dian və Fatih Öztürkdür.

Elvin Paşazadə,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın