21:12 20 Yanvar 2021 103
Ana səhifə Xəbərlər

Qar Ağsu aşırımında və Muğanlı dolaylarında nəqliyyatın hərəkətini çətinləşdirib

İsmayıllı və Ağsu rayonları ərazisinə 30-40 santimetr qalınlığında qar yağıb, avtomobil yolları ağ örpəyə bürünüb, bəzi yerlər buz bağlayıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən gecədən başlayaraq yağan qar bu gün günortayadək davam edib. Yolların buz bağlaması və sürüşkən olması, eləcə də dumanlı hava Muğanlı dolaylarında və Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklərə səbəb olub. Şamaxı-İsmayıllı və Şamaxı-Ağsu rayonlarını birləşdirən avtomobil yollarının yüksək dağlıq ərazidən keçən bəzi hissələri, eləcə də Dəmirçi-Lahıc yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşıb. Qarın yağması səbəbindən bu gün İsmayıllı və Ağsunun bir neçə dağ kəndinə gediş-gəlişi çətinləşdirib.

İsmayıllı və Ağsunun yol istismarı idarələrinin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, yolların qardan təmizlənməsi işləri aparılıb, nəqliyyatın rahat hərəkəti üçün yollara duz və qum səpilib. Lakin, qarın əriməsi nəticəsində yola tökülən suların gecə saatlarından yenidən buz bağlayacağı gözlənilir. Buna görə, sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görürlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın