06:00 09 Avqust 2019 69
Ana səhifə Xəbərlər

Qarabağ qazilərinə 50 avtomobil verildi

“3 ildir avtomobil növbəsindəyəm. Müraciət etdim və bu gün mənə avtomobil verildi. Hər zaman bu qayğını hiss etmişəm. Biz də hər zaman dövlətimizin arxasındayıq və bu sevgi Ali Baş Komandanımızın əmri ilə işğal altında olan torpaqlarımızı azad etmək əzmindəyik. Bu sevincimizi torpaqlarımızda bölüşək”. “Gözəl hisslər yaşadım. Bütün Qarabağ əlillərinə qismət olsun. Qürur duydum. 4 ildir gözləyirəm. Son vaxtlar hər şey çox gözəldir. İndi həm də mənzil növbəsindəyəm”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib: “Növbəti illərdə bu proqram genişləndiriləcək. 1997-ci ildən bu yana növbədə duran vətəndaşlarımızın avtomobil təminatını tam həyata keçirəcəyik. Bu günə qədər 6424 ümumilikdə avtomobil təqdim olunub. Vətəndaşlarımız avtomobillə tam təmin olunana qədər proses davam edəcək. 1000 vətəndaş avtomobil növbəsindədir. Söhbət həm Qarabağ əlilləri, həm də müharibə əlillərinə bərabər tutulan şəxslərdən gedir”. 2018-ci ildə 265 müharibə əlili minik avtomobili ilə təmin edilib. Bu il isə həmin vətəndaşlara nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla, 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub ki, bu ilin ötən dövründə artıq 150 avtomobil verilib. Bununla da indiyədək 6300-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilib. Bundan başqa 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, bu vaxtadək isə 6654 mənzil təqdim edilib, bu il isə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil verilməsi planlaşdırılıb. 2019-cu ilin tən dövrü ərzində 110 mənzil artıq sahiblərinə təqdim olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın