20:02 11 Fevral 2020 1702
Ana səhifə Xəbərlər

Qarabağ qazisi Qoşqar Hacıyev torpağa tapşırıldı

2015-ci il sentyabrın 2-də təkbaşına bir neçə ermənini məhv etdi. Düşmən onun olduğu yerdə kəşfiyyatçılarımızın sayının çox olduğunu düşünüb daha böyük qrupu həmin istiqamətdə göndərdi. Snayperdən açılan güllə nəticəsində gözündən vuruldu...

Döyüş yoldaşları deyir ki, Qoşqar vurulduqdan sonra azı 200 metr məsafəni yoldaşlarına tərəf irəliləyə bilib. 5 il ərzində həm Azərbaycanda, həm də Türkiyədə onun yaşaması üçün həkimlər əllərindən gələni edib. İki gün əvvəl ürək döyüntüləri zəifləyən Qarabağ qazisi Qoşqar Zahid oğlu Hacıyev dünən axşam saatlarında dünyasını dəyişib.

Bu gün Heydər məscidində qazi ilə vida mərasimi keçirilib. Mərasimdə qazinin yaxınları, döyüş yoldaşları və onu sevənlər, tanınmış simalar iştirak edib.

Cənazə namazı qılındıqdan sonra qazinin nəşi son mənzilə yola salınıb.

Qoşqar Hacıyev Bakının Lökbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.

Səfər Əlizadə,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın