00:00 07 Mart 2020 803
Ana səhifə Xəbərlər

Qarabağ qazisinə təcili qaraciyər köçürülməlidir - SOS

Bir zamanlar erməni silahlıları qarşısında mərdcə döyüşən, əyilməyən Vəkil Famil oğlu Musayev düçar olduğu amansız xəstəlik qarşısında əyilib. 1966-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1992-ci ilin əvvəllərində Milli Ordunun sıralarına qatılaraq vətəni uğrunda döyüşüb. Füzuli rayonu Dilağarda kəndi ətrafında gedən döyüşlərdə erməni silahlı birləşmələrinin hücumunun qarşısını alarkən ağır yaralanıb. Möcüzə nəticəsində sağ qalan Vəkil üç ay hərbi hospitalda müalicə olunduqdan sonra ayağı amputasiya edilib. Və beləcə onun əsgərlik yolu burada başa çatıb. I qrup Qarabağ müharibəsi əlili olan Vəkil Musayevin o vaxt ki, xəsarətləri çox keçmədən öz fəsadlarını göstərməyə başlayıb. Bu gün Hepatit xəstəliyindən əziyyət çəkir. Bir müddət əvvəl xəstəliyi ağırlaşdığından əvvəlcə Ak. M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında bir neçə gün müalicə alıb. Daha sonra Vəkil Musayevi paytaxtda yerləşən başqa bir xəstəxanaya yerləşdiriblər. İki aydır burada müalicəsi davam edən xəstəyə həkimlər qaraciyər transplantasiyasının qaçılmaz olduğunu bildiriblər: “On gün Respublika Xəstəxanasında müalicə aldım. Amma vəziyyətim pisləşdiyindən bura köçürdülər. Burda həkimlər mənə yaxşı baxırlar. Bütün analizlərimi vermişəm. İndi deyirlər qaraciyərin dəyişilməlidir. Mən də Mircəlal həkimə müraciət etdim analizlərimə baxıb dedi sənə qaraciyər köçürülməlidir təcili”.

Hərbiçi olaraq döyüşmək arzusu gözündə qaldığından Vəkil Musayev ailəsinin yeganə oğlan övladını da hərbiçi kimi yetişdirib. Deyir hər dəfə oğlumu hərbi geyimdə görəndə keçdiyim döyüş yolum gözlərim önündə canlanır. İki övlad sahibi olan Vəkil Musayev deyir ki, indi nə özünün, nə də övladlarının onun müalicəsi üçün maddi imkanları var. Uzun illərdir müalicə olunduğundan qaraciyər köçürməsi üçün maddi imkanları tükənib. Ümidi isə dövlətinə və xalqınadır…

- “Hörmətli Prezidentimizdən və Mehriban xanım Əliyevadan müalicəm üçün kömək istəyirəm. Azərbaycan xalqından kömək istəyirəm. Tez bir zamanda əməliyyat olmalıyam”.(Ağlayır)

- “Vəkilin yaşaması üçün bütün Azərbaycan xalqından kömək istəyirəm. İmkanlı şəxslərdən kömək istəyirəm Vəkilə yardım edin. Vəkili yaşadın. Donor özüm olacam qaraciyəri dəyişilməlidir. Maddi yardım edin ki, O əməliyyat olunsun, yaşasın”.

Musayevlər ailəsi Dövlətimizin yardımına ümid edir, tək buraxılmayacaqlarına inanır.

Gəlin, birlikdə qazi qardaşımıza kömək göstərək. Ölkəmiz və vətəndaşlarımız uğrunda canının bir parçasını qurban vermiş vətən oğluna edə biləcəyimizi onun sağlığında edək!

Musayevlər ailəsinə yardım etmək istəyənlər (051)773 23 31 - (050)3383610 nömrələri ilə əlaqə saxlaya bilərlər.

İlahə Vəliyeva Əli Ələkbər APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın