11:20 29 Yanvar 2020 303
Ana səhifə Xəbərlər

Qaradağda narkotik alverçisi tutuldu – 6 KQ-A YAXIN MARİXUANA...

Paytaxtın Qaradağ rayonunda narkotiklərin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Qobustan qəsəbəsində yaşayan Elman Nərimanov saxlanılıb.

Onun evinə baxış keçirilərkən oradan ev sahibinə məxsus 33 qramdan artıq tiryək və 5 kiloqram 662 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq məqsədilə əldə etdiyini etiraf edib.

Qeyd edək ki, Elman Nərimanov narkotik vasitələrin satışını Qobustan və ətraf qəsəbələrdə həyata keçirib. Onun evindən hazır qablaşdırılan və satış üçün nəzərdə tutulan narkotik vasitələr aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın