12:38 09 Dekabr 2019 646
Ana səhifə Xəbərlər

Qatilin işlətdiyi “rəhmətlik” sözü onu ifşa etdi - ASTARADA DƏHŞƏTLİ HADİSƏ

Astarada yanan evdən kişi meyiti tapılıb.


APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonunun Şiyəkəran kəndində qeydə alınıb.

Sadiq Qulamovun tək yaşadığı 3 otaq və aynabənddən ibarət evin bir otağı yanıb. Yanğınsöndürənlər alovun genişlənməsinə imkan verməyib. Yanğın kəşfiyyatı zamanı evdən kişi meyiti aşkar edilib və 57 yaşlı Cabir Mürvət oğlu Əliyevin hansı şəraitdə ölməsi ilə bağlı araşdırmalar başlanıb. Qonşular və mərhumun qardaşı Cabirin ev sahibi ilə köhnə dost olduğunu bildirib: Evlidir, 3 qızı var, köçürüb. Tək yaşayırdı, bunlar da dost idilər, həmişə içirdilər”.

Yaxınlaşdım, gördüm yanğın var. Elə bir şərait yox idi ki, evi söndürə bilək. Oradan-buradan vedrə tapdıq, bir az yanğının qarşısını aldıq. Yanğınsöndürən maşın gəlib söndürdü. Ev sahibi birdən dedi ki, rəhmətlik Cabir buralarda olmalıdır, evdə idi, mən bazara getmişdim. Yanğın sönəndən sonra girdik evə, gördük ki, Cabir içəridə yanıb. Bu dostlar ikisi də içki düşkünüdür”.

Ev sahibinin dostunun meyiti tapılmadan onarəhmətlikdeməsi şübhə yaradıb.

Bundan sonra meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə, yanmış evindən dostunun meyiti çıxan S.Qulamov isə dindirilməyə dəvət edilib.

Dindirilmə zamanı məlum olub ki, Sliyev Cliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı Sliyev dostunun başına əvvəlcə odunla vurub, ardınca mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.

Bundan sonra Sadiq izi itirmək üçün qətl törətdiyi otaqda yanğın törədərək çıxıb.

Faktla bağlı

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın