16:45 24 Noyabr 2020 159
Ana səhifə Xəbərlər

Qaxda karantin qaydalarını pozan şəxslər cərimələndi

Qaxda sərt karantin rejimi ilə bağlı polis və daxili qoşunların əməkdaşları növbəti reyd keçiriblər.

APA TV-nin məlumatına görə, məqsəd əhalini maarifləndirməklə yanaşı, qoruyucu tibbi vasitələrdən düzgün və ya heç istifadə etməyən vətəndaşların aşkarlanaraq onların barəsində qanunamüvafiq tədbirlərin görülməsidir.

Reyd zamanı qanunla fəaliyyətinə icazə verilmiş aptek və mağazalar, o cümlədən giriş-çıxışlarda yaradılmış stasionar postlarda nəqliyyat vasitələri yoxlanıb.

Habelə, nəqliyyat vasitələrində sürücüdən başqa, kənar şəxslər olduqda maskadan istifadə ilə bağlı qaydalara riayət olunması sürücü və sərnişinlərin diqqətinə çatdırılıb.

Qadağalara baxmayaraq, qaydaları pozan şəxslərə xəbərdarlıq və ya inzibati qaydada cərimə tətbiq olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın