08:40 16 Oktyabr 2019 63
Ana səhifə Xəbərlər

Qazax sakini 6 ayda iki dəfə qarət edildi 

Qazaxda bir evdən son 6 ayda ikinci dəfə oğurluq edilib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Mehdi Hüseyn küçəsi, 12 ünvanında qeydə alınıb.

Son 6 ayda oğrular bu evə 2 dəfə baş çəkib. Məişət avadanlıqları, yorğan-döşək, kİlim, qab-qacaq, iki dvd, eləcə də dəyəri 300 manat olan baba yadigarı - əntiq samovar da aparılıb.

Ev sahibi bildirir ki, evin zirzəmisində bişirib topladığı qış azuqəsi də oğrunun diqqətindən yayınmayıb. Aliminium qab-qazan, eləcə də həyətdə olan metal yığınağı bu dəfə oğurlanıb.

Araşdırmalar davam edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın