Qazax sakini su kanalında boğulub - AĞSTAFADA
Ağstafada bədbəxt hadisə baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Qazax sakini, 1962-ci il təvəllüdlü Abdullayev Məqsəd Bəhlul oğlu kənd ərazisində su kanalında boğlub. Onun meyiti su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.