18:42 05 Dekabr 2020 209
Ana səhifə Xəbərlər

Qazaxda evlərini tərk edən koronavirus xəstələri haqqında cinayət işi açılıb

Qazaxda yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.

APA TV-nin qərb bürosunun xəbərinə görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan Qazax rayon Xanlıqlar kənd sakinləri – 1971-ci il təvəllüdlü Vaqif İsgəndərov, 1956-cı il təvəllüdlü Nuriyyə Məmmədova və 1970-ci il təvəllüdlü Vüqar Nəsibovun ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozmaqla yaşadıqları ünvanı tərk etmələri müəyyənləşib.

Polis əməkdaşları dərhal onların rayon ərazisində yerlərini müəyyən edərək, zəruri tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara və xəstəxanaya gətirilməsini təmin edib. Həmin şəxslər barəsində cinayət işi başlanıb.

Faktla ağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın