12:18 29 İyun 2020 534
Ana səhifə Xəbərlər

Qazaxda həmyerlilər arasında dava – BİR NƏFƏR ÖLDÜ

Qazaxda qətl hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Fərrux Məmmədov həmyerlisi, 48 yaşlı Telman Əhmədovu aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Fərrux Məmmədov tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın