19:22 01 İyul 2020 403
Ana səhifə Xəbərlər

Qazaxda tibbi maskadan istifadə etməyənlər cərimələndi

Qazaxda karantin qaydalarını pozan şəxslər cərimələnib.

APA TV-nin yerli bürosunun məlumatına görə, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Lakin görülən tədbirlərə baxmayaraq, karantin rejiminin tələblərinə biganə yanaşan sakinlərə də rast gəlinib.

Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları isə hərəkətin intensivliyi ilə müşahidə olunan küçə və prospektlərdə, dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maarifləndirici söhbətlər aparıb, vətəndaşları karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. Sərnişinlərə tibbi maska paylanılıb.

Qazax RPŞ-nin rəis müavini Şakir Rüstəmov deyir ki, edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb: “Çox xoş haldır keçirilən tədbirlərin müsbət nəticəsi əldə olunub. Buna baxmayaraq, təəssüf edirəm ki, karantin qaydalarını pozan sakinlərimizə də rast gəlinir. Tədbirlərin keçirilməsində məqsəd vətəndaşların tibbi maskadan istifadə etməsini təmin etməkdir”.

Rayon polis şöbəsinin əməkdaşları bu istiqamətdə tədbirlərini davam etdirəcəklər.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın