06:00 11 Noyabr 2019 80
Ana səhifə Xəbərlər

Qazaxda toy karvanında silahdan atəş açılıb - VİDEO

Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.

APA TV-nin məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.

Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın