16:28 15 Fevral 2020 822
Ana səhifə Xəbərlər

Qəbələdə ev yandı, bir ailənin 6 üzvü xəstəxanaya yerləşdirildi

Qəbələ rayonunda yanğın baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 03:00 radələrində rayonun Soltannuxa kəndində qeydə alınıb.

Ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub.

Ailə üzvləri yatmış olduğu üçün hadisədən gec xəbər tutub, yanğın barədə onlara qonşular məlumat verib.

Hadisə zamanı evdə olan ailənin 6 üzvü - 1961-ci il təvəllüdlü Namiq Gülməmmədov ağır yanıq xəsarətləri, 1963-cü il təvəllüdlü Nübar Gülməmmədova, 1993-cü il təvəllüdlü Samit Gülməmmədov, 1993-cü il təvəllüdlü Xumarə Gülməmmədova, 2015-ci il təvəllüdlü Əli Gülməmmədov və 2018-ci il təvəllüdlü Fateh Gülməmmədov yüngül yanıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu il\ Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ev sahibi Namiq Gülməmmədov 4-cü dərəcəli yanıq xəsarəti və tüstüdən zəhərlənmə diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib, hazırda onun vəziyyəti ağır olaraq qalır. Yanğın zamanı evin 22 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi alovdan mühafizə edilib. Hadisənin elektrik naqilində baş verən qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın