11:00 16 Avqust 2020 751
Ana səhifə Xəbərlər

Qədim xalçalar, iki əsr yaşı olan samovarlar... – QUBALI KOLLEKSİYAÇI DANIŞIR

Qədim xalçalar, pullar, küplər, xəncərlər, samovarlar, misdən hazırlanan məişət əşyaları. Qubada yerləşən mağazada 500-dən çox belə tarixi əşyaya rast gəlmək olar. Onların arasında iki əsr yaşı olan samovarlar, Azərbaycanının müxtəlif bölgələrində toxunan xalçalar üstünlük təşkil edir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, mağazanın sahibi Ağacan Kərimov ömrünün yarıdan çoxunu bu işə sərf edib. Əvvəlcə xalça toplayan Ağacan kişi sonradan digər tarixi əşyalara da maraq göstərib.

Müsahibimiz deyir ki, yığdığı qədim əşyaların eyni zamanda satışı ilə də məşğuldur. Dükandakı ən ucuz əşyalar keçən əsrin yadigarı olan kasalardır ki, onlar alıcılara 2-3 manata təklif edilir. Xırda məişət əşyaları içərisində mis fincanlar daha baha qiymətə - 50 manata satılır. Ən bahalı əşyalar sırasında xalça və samovarları göstərmək olar. Samovarlar alıcılara 150-3000 min manata təklif edilir. Xalçaların qiyməti isə ölçüsündən və toxunma vaxtından asılı olaraq 100-10 min manat arasında dəyişir.

Qədim əşyaların alıcıları sırasında xaricilər üstünlük təşkil edir. Son illərdə isə paytaxt sakinləri arasında da tarixi nümunələri əldə edənlərin sayı artıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın