18:39 15 Yanvar 2021 111
Ana səhifə Xəbərlər

Qobustanda Şıxzəyirli vulkanı yenidən püskürdü – PROSES 40 DƏQİQƏ DAVAM EDİB

Qobustan rayonunda Şıxzəyirli vulkanı yenidən püskürüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, vulkan püskürməsindən öncə ərazidə güclü uğultu səsi eşidilib. Sonra 40 dəqiqə ərzində yerin dərinliyindən çıxan palçıq torpağın üz səthinə yayılıb. Təxminən 60-80 metr hündürlüyə qalxan palçıq vulkanı qaz uğultusu səsi ilə müşaiyyət olunub. Palçıq vulkanları üçün xarakterik olan alov bu dəfə qeydə alınmayıb. Hazırda püskürmə dayansa da ocaqda qaynamalar davam edir. Ətrafdan kəskin qaz qoxusu gəlir.

Sonucu dəfə 2013-cü ildə püskürən Şıxzəyirli vulkanı zamanı evlərə ziyan dəysə də bu dəfə belə hal qeydə alınmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Şıxzəyirli palçıq vulkanında baş verən püskürmə ilə bağlı əraziyə baxış keçirib, müvafiq ölçü işləri aparıblar. Vulkanın aktivliyi nəticəsində 1700 kubmetr lavanın yer səthinə yayıldığı müəyyən edilib.

Ərazidə tektonik çatlar və yarğanlar da əmələ gəlib. Bəzi yerlərdə çatların uzunluğu 150 metrə çatır.

Qeyd edək ki, ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan Şıxzəyirli vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından biri hesab olunur.

Şahnəzər Bəşirov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın