12:00 02 Dekabr 2019 39
Ana səhifə Xəbərlər

Qohumlar həkimləri, həkimlər bir-birini ittiham edir - DOĞUŞ ZAMANI ÖLÜM

Sabirabadda yeni doğulan körpə tələf olub.

APA TV-nin Mil-Muğan bürosununməlumatına görə, hadisə Sabirabad rayon Perinatal Mərkəzdə qeydə alınıb.

Kürkəndi kənd sakini, 2000-ci il təvəllüdlü Fətiyeva Hurə Arif qızı noyabrın 30-da mərkəzə müraciət edib. Doğuşa götürülən hamilə qadında doğuş zamanı problemlər yaranıb. Həm gəlinin yaxınları və həm həkimlər bir-biriini ittihamlar edir: “Baxıb dedilər ki, hər şey yaxşıdır, doğuş normal olacaq. Çıxardılar yuxarı, bizə onunla getməyə icazə vermədilər, yalandan dedilər ki, uşağın ağrı çəkir. Uşağı əzik-üzük ediblər, üstünə çıxıblar. Bakıya aparsaydıq çatdırmaq olardı. Mehriban həkim, köməkçisi Zahidə həkim və Güllü həkim doğuşda olub. Uşağı zədələyən Rəna həkim olub. Xahiş olunub ki, uşağa maşa atmayın, uşağa zədə verməyin, o da deyib ki, siz kimsiniz? Uşağımın başını, əlini maşa ilə deşiblər, şəkli də var. Qəbirdən çıxarıb şikayətimi edəcəyəm. Baş həkim hara baxır? Mənim uşağımı niyə bu günə qoyublar? Vaxtında qeysəriyyə edəydilər”.

“Doğum şöbəsinə yerləşdirilidi, sonra aktiv doğuş başladı. Uşaq güc verə bilmədiyi üçün maşa qoyuldu. Alınmadığı üçün biz onu təcili olaraq qeysəriyyə əməliyyatına götürdük. Döl arxa görkəmdə olduğu, göbək ciyəsi dölün boğazına dolandığı üçün kəskin asfeksiya vəziyyətində dünyaya gəldi”.

Faktla bağlı araşdırmalara başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın