18:58 19 Aprel 2021 97
Ana səhifə Xəbərlər

Qohumunun evinin açarlarını dostuna verib onu oğurluğa göndərdi - BAKIDA

Yasamalda evdən 70 min manat nağd pul və 40 min manatlıq qızıl oğurlayan şəxslər saxlanılıb.

Paytaxtın Yasamal rayonunda evlərdən birindən oğurluq edilib. Naməlum şəxs mənzildə olan seyfi yararaq içərisində olan 70 min manat, 40 min ABŞ dolları məbləğində qızıl-zinət əşyalarını, habelə noutbuk və fotoaparatı oğurlayıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin yaxın qohumu Toğrul Axundzadə və İdris Salahov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, qohumunun mənzilindən oğurluq etmək üçün evin və seyfin açarlarını İdris Salahova Toğrul Axudzadə verib. O, evdə heç kimin olmadığı barədə İdris Salahova məlumat verdikdən sonra sonuncu evə daxil olaraq həmin hadisəni törədib.

Onların oğurladıqları pul və qızıl-zinət əşyalarının bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın