13:24 13 İyul 2020 179
Ana səhifə Xəbərlər

Qubada evdə müalicə alan koronavirus xəstəsi küçədə dava salıb

Qubada evdə müalicə alan koronavirus xəstəsi küçədə dava salıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayonun Qam-qam kənd sakini Mətləb Neymətullayev COVID-19 infeksiyası testi pozitiv çıxdığı üçün bir müddət rayon ərazisində yerləşən xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib.

M.Neymətullayev evə buraxılan zaman ona karantin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və qonşusu ilə mübahisə edərək dalaşıb.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və kənd sakinlərinin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Neymətullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb, yaşadığı ünvana qaytarılması təmin edilmiş və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

M.Neymətullayevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın