17:10 14 İyul 2020 333
Ana səhifə Xəbərlər

Qubada Fransadan gətirilən buğda növlərinin biçini aparılır

Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsində sınaqdan keçirilən Fransadan gətirilən buğda növlərinin biçini aparılır.

APA TV-nin şimal bürosunun xəbərinə görə, Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə layihəsi uğurlu nəticə verib.

Ramata arpa növündə olduğu kimi, Renan və Barok buğda növlərindən də hər hektara orta hesabla 53 sentner məhsul toplanıb.

Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsində ümumilikdə 522 hektar sahədə taxıl əkilib ki, bunun da 100 hektarını Fransadan gətirilən buğda və arpa növləri təşkil edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın