Qubada karantin qaydalarını pozan sexlər aşkarlandı
Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən avtomobil təmiri sexləri aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazidə xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən avtomobil və təkər təmiri məntəqəsi aşkarlayıblar.
Dərhal həmin obyektlərin fəaliyyətləri dayandırılıb, qaydaları pozan şəxslər barəsində cərimə protokolları tərtib olunub.