13:48 27 İyun 2020 532
Ana səhifə Xəbərlər

Qubada maskadan istifadə etməyənlər cərimələndi – POLİS REYD KEÇİRDİ

Qubada maskadan istifadə etməyənlər cərimələnib.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.

Polis əməkdaşları rayon ərazisində fəaliyyət göstərən bütün obyektlərdə satıcıların və müştərilərin tibbi maska və fərdi qoruyucu vasitələrdən istifadə etmələrinə nəzarət edir, kafe və restoranlarda 10 kvadratmetr ərazidə 4 nəfərdən artıq müştərinin olmamasına xüsusi diqqət yetirirlər.

Bundan əlavə, Dövlət Yol Polis bölməsinin inspektorları rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə maarifləndirici söhbətlər apararaq, onlara özlərinin və sərnişinlərinin tibbi maskalardan istifadə etmələrinin zəruriliyini bildirirlər. Həmçinin sərnişin daşıma zamanı müştərilərin arxa oturacaqlarda əyləşmələrinin və nəqliyyat vasitələrində şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyini qeyd edirlər.

Şöbə əməkdaşları tərəfindən keçirilən reydlər zamanı qaydaları pozaraq tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində protokollar tərtib olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın