05:20 22 Avqust 2019 43
Ana səhifə Xəbərlər

Qubada Milli Qəhrəmanla görüş keçirilib

Qubada Milli Qəhrəman Vahid Quliyevlə görüş keçirilib. APA TV-nin şimal bürosunun məlumatına görə, görüş yeniyetmə və gənclərin “Vətən bizə əmanətdir” yay istirahət düşərgəsi çərçivəsində baş tutub: “Bu kimi tədbirlər gənclərin hərb elminə marağının artırılması, hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması və onların gələcəkdə hərbi sahəyə yönləndirilməsi istiqamətində əhəmiyyətlidir”. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, bu gün gənclərin vətənpərvər ruhda böyüdülməsi istiqamətində vətəndaş cəmiyyətinin də öhdəsinə vəzifələr düşür. Əlavə edib ki, layihə çərçivəsində gənclər aprel döyüşlərinin iştirakçıları, olimpiya çempionları, Milli Məclisin deputatları və Azərbaycanın nüfuzlu universitetlərinin rəhbərlikləri ilə görüşəcək, həmçinin Quba Soyqırımı Memorial Kompleksini və Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət edəcəklər. Qeyd edək ki, ötən gün Heydər Əliyev və Şəhidlər Xiyabanını ziyarətlə başlayan düşərgəyə şəhid ailələrinin, müharibə əlilləri və 20 Yanvar şəhidlərinin ailə üzvləri olan 100-dək yeniyetmə və gənc cəlb olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın