17:16 24 Oktyabr 2020 673
Ana səhifə Xəbərlər

Qubadlıda Ermənistanın döyüş təyyarəsi, Ağdərədə PUA-sı məhv edildi

Oktyabrın 24-də gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən o da qeyd olunub ki, oktyabrın 24-də saat 15.25 radələrində Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın