14:28 31 İyul 2020 367
Ana səhifə Xəbərlər

Qurban bayramı ilə əlaqədar 856 vətəndaş onlayn qurbanlıq qoyun alıb

“Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən qurbanlıq qoyunların onlayn satışı çərçivəsində 856 vətəndaş tərəfindən 1047 baş qurbanlıq qoyun sifariş edilib”.

APA TV-nin məlumatına görə, bunu qurumun mətbuat katibi Mayis Musayev bildirib. Onun sözlərinə görə, Bakı şəhərində 9, Sumqayıt şəhərində isə 1 satış məntəqəsi təşkil olunub: “Onlayn satışın təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda yarana biləcək süni qiymət artımının, həmçinin mövcud karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısını almaqdır”.

Prosedur olduqca sadədir. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini yəni 20 manatını əvvəlcədən onlayn sifariş zamanı ödəyirlər. Məbləğin qalan hissəsinin ödənişi isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman həyata keçirilir. Vətəndaşlara qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada təqdim olunur. Qurbanlığın dəyəri hər kiloqram üçün 11.50 AZN-dən hesablanaraq ödənilir.

Qeyd edək ki, qurbanlıq qoyunların kəsimi islami və sanitar-gigiyenik qaydalara tam əməl olunmaqla rəsmi icazəsi olan kəsimxanalarda həyata keçirilir.

Həmidağa Məcidov

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın