02:00 13 Avqust 2019 60
Ana səhifə Xəbərlər

Qurban bayramı ilə əlaqədar şəhid və qazi ailələrinə qurban payı verilib

Qurban bayramı ilə əlaqədar aztəminatlı ailələrə yardım aksiyası keçirilib. APA TV-nin xəbərinə görə, aksiya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Milliyyətçi Həkimlər Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub. Hərbi hissələrdə və təmas xəttində də qurban paylarının verildiyini deyən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli aksiyanın növbəti illərdə də davam etdiriləcəyini qeyd edib: “Qurbanlar Ağdam rayonunda, təmas xəttində olan kəndlərdə kəsilərək, əhaliyə paylanıldı. Quzanlı qəsəbəsində, Tərtərin Tapqaraqoyunlu kəndində, Bərdədə və digər yerlərdə kəsilərək, şəhid ailələrinə və müharibə veteranlarına verildi. Eyni zamanda hərbi hissələrdə əsgərlərə təqdim olundu. Bu gün də Xocalı sakinləri ilə görüşəcəyik”. Bayramı Azərbaycan xalqı ilə keçirməyə gəldiyini deyən Türkiyə Həkimlər Dərnəyinin nümayəndəsi Muhamməd Eyyub Delibalta deyib ki, xeyriyyə aksiyası şəhid ailələri, müharibə veteranları, qaçqın və məcburi köçkünlər, ümumilikdə 3000 ailə üçün nəzərdə tutulub: “Bu bayramı türk xalqı ilə keçirməyə gəldik. Qurbanlıqları sərhəd bölgəsindəki insanlarla birgə kəsdik. Orada xalqla birlikdə olduq və türk qardaşlarımızla birgə bayramı qeyd etdik”. Qeyd edək ki, kəsilən qurbanlar Mərdəkan qəsəbəsində məskunlaşan məcburi köçkünlər arasında paylanacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın