14:40 27 Yanvar 2021 146
Ana səhifə Xəbərlər

Qusarda karantin rejimini pozan şəxslər cərimələndi

Qusarda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Mübariz Musayev və orada olan 8 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın