15:20 15 Noyabr 2019 45
Ana səhifə Xəbərlər

Raket və Artilleriya Qoşunları tapşırıqları icra edir

Azərbaycan Ordusu miqyasında təlimlər davam edir.

APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən əməliyyat təlimi davam edir.

Təlimin niyyətinə uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın