14:46 27 Yanvar 2021 153
Ana səhifə Xəbərlər

Restorandan oğurluq edən gənclər tutuldu - QUBADA

Qubada restorandan oğurluq edən gənclər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinə fəaliyyəti müvəqqəti olaraq dayandırılan restoranların birindən müxtəlif vaxtlarda bir ədəd elektrik generatoru, bir ədəd mühərrikli ot biçən, bir ədəd su nasosu və restorana məxsus digər əşyaların oğurlanması barədə müraciət daxil olub.

Keçirilən əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri Sərdar Məmmədov, Tehran Cavadov və Ağamusa İsakov saxlanılıblar. “Şabran rayonunda yaşayıram. Dostlarımla Qubada restorana daxil olduq, oradan generator, ot biçən, su nasosu və digər əşyaları götürdük. Satıb cibxərcliyi elədik. O restorana iki dəfə girmişik, peşmanam. Dostlarımla gəldik Qubaya. Onlar girib əşyalar götürdülər. Bir dəfə 35 manat, bir dəfə də 25 manat verdilər mənə. Oğurluğa mənim maşınımla gəlmişdik. Peşmanam”.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın