10:00 22 Fevral 2020 149
Ana səhifə Xəbərlər

Sabah bəzi yerlərə yağış yağacaq - HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasındadəyişkən buludlu hava şəraiti hökm sürəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki,gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturugecə 4-7, gündüz8-11, Bakıdagecə 5-7, gündüz8-10 dərəcə isti olacaq.

Rayonlarda daəsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə duman, gecə və səhər şərq rayonlarında çiskin olacaq.Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturugecə 4-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz6-11 dərəcə istiolacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın