04:00 22 May 2020 301
Ana səhifə Xəbərlər

Sabah gözlənilən hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətdən APA TV-yə verilən xəbərə görə, bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturuAbşeron yarımadasında gecə 18-20, gündüz 23-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 11-16, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 23-ü gündüz və 24-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi, temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın