09:20 10 Aprel 2020 196
Ana səhifə Xəbərlər

Sabah hava küləkli olacaq - HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturugecə 6-9, gündüz12-16, Bakıdagecə 7-9, gündüz 14-16 dərəcə istiolacaq.

Atmosfertəzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdümeteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sabah rayonlarda da arabir yağış,dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərbküləyi əsəcək.

Havanın temperaturugecə 4-9, gündüz13-18 isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz0-5 dərəcə istiolacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın