12:26 17 Oktyabr 2020 130
Ana səhifə Xəbərlər

Sabaha olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 21-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.

Sabah rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 16-21 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın