14:40 16 Fevral 2020 918
Ana səhifə Xəbərlər

Sabahın hava proqnozu açıqlandı - YAĞIŞ YAĞACAQ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yəverilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturugecə 3-6° isti, gündüz7-10° isti, Bakıdagecə 3-5° isti, gündüz8-10° isti olacaq.

Atmosfertəzyiqinormadan yüksək775 mmcivə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 80-90%, gündüz60-70% olacaq.

Yanvarın 17-də Azərbaycanın rayonlarında havanın arabiryağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var.Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturugecə 3° şaxtadan 2°-dəkisti, gündüz5-10°isti,dağlarda gecə 5-10° şaxta, gündüz0-5° şaxta olacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın