02:17 21 Yanvar 2021 90
Ana səhifə Xəbərlər

Sabirabadda avtomobil kanala aşıb - SÜRÜCÜ ÖLÜB

Sabirabadda avtomobil kanala aşıb, sürücü ölüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Surxay obası adlanan ərazidə baş verib.

Həmin kəndin sakini, 1964-cü il təvəllüdlü Şükürov Heybət Mürvət oğlu idarə etdiyi QAZ 24 markalı 10 EP 910 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirərək su kanalına aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Qeyd edilir ki, hadisə yanvarın 19-da baş versə də avtomobili bir gün sonra, yanvarın 20-də yaxınlıqdan keçən kənd sakinlərindən biri aşkar edərək polis şöbəsinə məlumat verib. Sürücünün meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın