17:05 07 İyul 2020 564
Ana səhifə Xəbərlər

Sabirabadda baş həkimin oğlu maşınla ana və qızını vurub öldürdü

Sabirabadda baş həkimin oğlu avtomobillə ana və qızını vuraraq öldürüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhərinin girişində baş verib.

Sabirabad sakini Kamran Nəsirli idarə etdiyi "Mercedes" markalı 99 BS 755 dövlət nömrə nişanlı avtomobillə yolu keçən və qoşa xəttin üstündə dayanan ana ilə qızını vurub. Nəticədə hər iki piyada - 1948-ci il təvəllüdlü Sabirabad sakini Banu Məhəmməd qızı Əliyeva və onun qızı, 1971-ci il təvəllüdlü Hədiyyə Ağabala qızı Niftəliyeva aldıqları xəsarətlərdən elə hadisə yerində keçiniblər.

Meyitlər müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi ekspertiza şöbəsinə yerləşdirilib. Hər iki qadın Sabirabad Rayon Xəstəxanasının işçisi olub.

Qeyd edək ki, Kamran Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur. Sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın