22:20 20 Sentyabr 2020 327
Ana səhifə Xəbərlər

Sabirabadda yeznə ov zamanı qaynını güllələdi

Sabirabadda yeznə qaynını ehtiyyatsızlıqdan güllələyərək öldürüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Ulacalı kəndində baş verib. Ulcalı kənd sakini, 1981-ci il təvəllüdlü Nəsirov Zəka Rizvan oğlu ov zamanı qaynı 1986-cı il təvəllüdlü Nəsirov Aqil Atamoğlan oğlunu ehtiyyatsızlıqdan ov tüfəngi ilə güllələyib. Üz nahiyəsindən güllə yarası alan 34 yaşlı Aqil Nəsirov xəstəxanaya çatdırılakən yolda keçinib. Meyit Sabirabad morqunda müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılb, araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın