19:33 19 Oktyabr 2020 410
Ana səhifə Xəbərlər

Sahibə Qafarova TBMM Sədri ilə görüşüb

Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA TV-yə bildirilib ki, əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında təkbətək görüş keçirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Milli Məcilisin sədri Sahibə Qafarova sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti təxribat törədildiyi qeyd edilib.

Buna cavab olaraq, Azərbaycan ordusu əks-hücuma keçərək, 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad etməyə başlayıb. Əməliyyatların ilk günündən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin dəstəyini hər zaman hiss edir", - deyə Milli Məclisin Sədri qeyd edib.

Parlamentin Sədri düşmənin dinc sakinləri hədəf alması ilə bağlı da Türkiyəli qonğa məlumat verib.

Spiker Azərbaycan ilə Türkiyə arasında əlaqələrin təkcə siyasi deyil, iqtisadi sahədə də sürətlə inkişaf etdiyini söyləyib.

Səmimi görüş üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Azərbaycan xalqına torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə uğurlar arzulayıb, Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

"Biz işğalçı Ermənistanın bu cür hərəkətlərini qətiyyətlə pisləyirik. Bu, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlamasına və onun bu cür hərəkətlərinə biganə yanaşır. Biz problemin tezliklə ədalətli həllinə inanırıq və Azərbaycanın yanındayıq”, - deyə Mustafa Şentop qeyd edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın