13:43 11 Sentyabr 2020 425
Ana səhifə Xəbərlər

Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramları çərçivəsində vəsaitlərin köçürülməsi davam etdirilir.

APA TV xəbər verir ki, sentyabr ayının 10-da ikinci maliyyə dəstəyi proqramı çərçivəsində pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə görə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanıb. Vergi ödəyicilərinə ayrılacaq maliyyə vəsaitinin köçürülməsi üçün müvafiq məlumatlar Maliyyə Nazirliyinə təqdim edilib. Növbəti ödəmələr çərçivəsində 21.712 vergi ödəyicisinin 223.799 muzdlu işçisinə görə 50 milyon manat vəsaitin köçürülməsi nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, muzdlu işçilərin əməkhaqqına 2-ci dəfə maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vəsaitlər avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödənilməsi nəzərdə tutulmuşdu.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın