14:00 18 Dekabr 2019 343
Ana səhifə Xəbərlər

Sakinlər bir, İcra Hakimiyyəti ayrı söz deyir - MƏHƏLLƏDƏ İSƏ İŞ GEDİR

Gördüyünüz bu məhəllə paytaxtın mərkəzində - Talassemiya Mərkəzinin arxasında yerləşir. Doqquz ay əvvəl IDEA İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində həyətlərinin abadlaşdırılacağını eşidən sakinlər çox sevinib. Amma bu insanların üzündə indi o ifadədən əsər-əlamət yoxdur, çünki məhəllələri göz görə-görə zəbt olunub: “Fətəlixan Xoyski 114 saylı binanın ikinci mərtəbəsində yaşayıram. Binanın layihəsi hazırlanan vaxt gördüyünüz bu həyətdə uşaq meydançası və kiçik də olsa, sakinlər üçün istirahət məkanı nəzərdə tutulub. İndi bir kommersant gəlib bu ərazini zəbt edib ki, burda obyektlər inşa edirəm. Binadan çıxanda oturmağa, dincəlməyə bir balaca yer olmalıdır. Uşaqlar üçün 10 addımlıq yer saxlamayıblar. Sakinlər sahibkarla da görüşüb iradını deyib, İcra Hakimiyyətinə də getmişik, məhəl qoyan yoxdur”.

“30 ilə yaxındır bu məhəllədə yaşayıram. Eşidəndə ki, IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakini də biz olacağıq, sevindik. Həyəti bağladılar ki, təmir bitsin, sonra sakinlərin istifadəsinə təhvil verəcəyik. Sonra baxdıq ki, elə deyil. 10 gün əvvəl isə eşitdik ki, hasara alınmış bu ərazidə obyektlər tikilir”.

“Ermənistan qaçqınıyam. İllərdir burda yaşayıram. Binanın qarşısında nəfəs almağa yer yoxdur. Söz deyirəm, mənə cavab verirlər ki, qoca arvadsan, sən nəfəsi neynirsən? Tikintini kim aparır, məlumatınız varmı? Deyirlər İcra Hakimiyyətindədir”.

“30 ildir bu həyətdə yaşayırıq. Doqquz aydır toz-torpağın içindəyik. Deyirlər, məhəlləni abadlaşdırırıq. Amma nəticəsini görmürük. İçərisində ticarət mərkəzləri və qarajların tikildiyi deyilir. Sizə ona görə müraciət etmişik ki, səsimizi çatdırın. Bu tikintinin qarşısı alınsın”.

Çəkiliş apardığımız saatlarda da qızğın iş gedirdi. Yaxınlaşıb vəziyyətlə maraqlanmaq istədik.

Eşitdiyiniz cümləni bizə adını bilmədiyimiz tikinti şirkətinin iş icraçısı dedi.

Məsələnin mahiyyətinə aydınlıq gətirmək üçün üz tutduq 115 saylı Mənzil Kommunal İstismar Sahəsinə. Sahə rəisini iş saatı olmasına baxmayaraq, yerində tapmadıq. Mühasib belə dedi.

Bu dəfə marşrutumuzu Nərimanov Rayon İcra Hakimiyyətindən saldıq. Suallarımızı şöbə müdiri Hüseyn Cəfərov cavablandırdı: “Qeyd olunan ünvanda böyük bir ərazidə Xoyski, Həsənoğlu, Koroğlu Rəhimov, Aşıq Alı küçələrinin əhatəsində abadlıq, yenidənqurma işləri aparılır. IDEA İctimai Birliyinin təşəbbüsü və Neft Şirkətinin dəstəyi ilə işlərə başlanıb. Ərazidə heç bir tikinti-quraşdırma işlərindən söhbət gedə bilməz. Yalnız müxtəlif dövrlərdə uzun illər sakinlər tərəfindən inşa olunmuş, xaotik tikilmiş, plansız bir şəklə salınmasından söhbət gedir. Sakinlərlə görüşmüşük, heç bir yeni obyektin tikintisindən söhbət getmir”.

Görüb, həm də kameramızın yaddaşına köçürdüklərimizi sizə də göstərdik. Mövzuya mütləq qayıdacağıq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın